Deyerler.org:
Ayətullah Sübhani Məsum İmamların (ə) hərəmlərinin öpürlməsinin, onlara
ehtiram göstərilməsinin, insanların onlara qarşı məhəbbət və sevgisinin
bu cür təzahür edilməsinin səbəbini izah etmişdir. (abna)
Ayətullah Sübhani buyurmuşdur: "İlahi sünnət budur ki, həmişə səbəbkar
səbəb vasitəsi tərəfindən istənilsin. Buna misal olaraq, Yəqubun
dastanında Yusifin köynəyini şahid gətirmək olar. Belə ki, Quran deyir:
"Mənim bu köynəyimi aparın və onu atamın üzünə salın! O görməyə
başlar, sonra bütün ailənizi yanıma gətirin!” ("Yusuf” surəsi, 93). Səbəblərin səbəbkarı Allahdır, xeyri xüsusi bir vasitədə qərarlaşdırmışdır və onun üzni ilə hasil olar.”
Ayətullah Sübhani başqa bir ayəyə işarə edərək, buyurur:
"Və beləliklə (o yerin insanlarını) onların hallarından xəbərdar etdik,
bilsinlər ki, Allahın vədəsi doğrudur və qiyamətin (gələcəyində) əsla
şübhə yoxdur. O zaman öz aralarında onların işi barəsində münaqişə
edirdilər. Nəhayət (bəziləri) dedilər: "Onlar üçün bir bina tikin,
onların Rəbbi onların (halını) daha yaxşı bilir”. (Nəhayət) sözdə üstün
gələnlər dedilər: "Onlar üçün (onların adına) bir məbəd saldıracağıq””.
("Kəhf” surəsi 21). Beləliklə, bu ayədən də görmək olar ki, Əshabi-Kəhf
üçün məbəd salınıb, orada onlara ehtiram göstərilmişdir. Eyni zamanda
bu ayədən böyük insanların qəbrinin yanında məscid tikilib, onlara
ehtiram göstərilməsini aydın şəkildə görmək olar. Bu cür insanlara
ehtiram göstərilməsi İslamdan əvvəl də mövcud olmuşdur. Belə ki, Quran
bir mövzunu bəyan edəndə onu təsdiq etmək istəməyəndə mütləq onu nəqd
edər. Ancaq bu ayə nəqd edilməmişdir. Quran bizim nəzərimizdə rəhbərdir
və ondan bir nümunə kimi istifadə edilir”.
Başqa bir ayədə:
"(O zamanı xatırlayın ki,) Kəbə evini insanların dönüş yeri və
əmin-amanlıq məkanı etdik (və dedik): "Siz isə İbrahimin məqamından
(durduğu yerdən) özünüzə namazgah tutun!” İbrahimə və İsmailə: "Mənim
evimi (Kəbəni) təvaf edənlər, etikaf edənlər, ruku və səcdə edənlər
üçün pak-pakizə edin!” - deyə əmr etdik”. ("Bəqərə” surəsi, 125). Bu
ayə də ehtiram göstərilməsinin bir nümunəsidir”. Ayətullah
Sübhani Peyğəmbər (s) və onun səhabələri haqda gələn hekayələrdə onun
su qabına və minbərinə göstərilən ehtirama işarə edərək, buyurur: "Bu
mövzu Əhli-təsənnün və Əhli-Beyt (ə) məktəbində bəyan edilmişdir. Əgər
bu cür ehtiram göstərilməsi şirk olsaydı, onun səhabələri su qabına və
Əziz Peyğəmbərin (s) minbərinə ehtiram göstərməzdilər. Bu məsələ həm
keçmişdəkilər və həm də Peyğəmbərin (s) səhabələri arasında olmuşdur”.
Ayətullah Sübhani ehtiram göstərilməsini ancaq Peyğəmbərin (s) mübarək
cisminə toxunmaqda görənlərə işarə edərək, demişdir: "Bu Əşairə
məktəbinə uyğun bir əqidədir, ən pisi isə odur ki, Allahdan başqa bir
təsirə inanmırlar. Şeyxeyn Aişədən icazə alır ki, Peyğəmbərin (s)
qəbrinin yanında dəfn edilsin. Görəsən bir-birinin yanında olan iki
qəbirdə bədənləri bir-birinə dəyəcəkdirmi və toxunaqcaqdırmı ki, bu
yolla ona ehtiramını göstərmiş olsun?!”.
Sonda Ayətullah
Sübhani "Tövbə” surəsinin 24-cü ayəsinə işarə edərək, buyurmuşdur:
"Ehtiram göstərməkdən başqa əlaqə və məhəbbətin başqa bir dəlili də
hərəmlərin öpülməsidir”.
/
Deyerler.org/